Amerikanın İsraildəki səfirliyi bağlandı

İsrail rejiminin ordusu bu gün səhər saatlarında Qəzzanın cənubunu ağır top atəşinə tutub. Bundan əlavə İsrail rejiminə məxsus döyüş təyyarələri dünən axşam Qəzza zolağına avia zərbələr endirib. Hücum zamanı 10-a yaxın fələstinli ölüb, çoxlu sayda yaralı var. Həmasın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadası da işğal olunmuş ərazilərin Hayfa şəhərini ilk dəfə "R-160" tipli raketlərlə vurub. Həmçinin paytaxt Təl-Əviv şəhərinə "M-75", Aşdoda isə "Grad" tipli raketlər atılıb.

Maide.az-ən verdiyi məlumata görə, baş verən bu qarşıdurmalardan sonra Amerika hökuməti Təl-Əvivdə yerləşən səfirlik binasını boşaldıb. Səfirlik işçilərindən xaiş edib ki, vəziyyət stabilləşənə qədər evlərindən bayıra çıxmasınlar.

Qeyd edək ki, son günlər Sionist rejimin Fələstinə etdiyi hücumlar nəticəsində 24 fələstinli ölüb, 200-dən çox fələstinli isə yaralanıb.

Google+ WhatsApp ok.ru