Amerika və Britaniya ordusu Əfqanıstandan çıxır

ABŞ və Böyük Britaniya rəsmən oktyabrın 26-da Əfqanıstanda hərbi əməliyyatları başa çatdırıb. Onlar öz əşyalarını qablaşdırıb, ölkəni tərk etməyə hazırlaşırlar. Hər iki ölkə öz hərbi bazalarını yerli Əfqanıstan ordusuna təhvil verib. Bu barədə “Reuters”in xəbərində bildirilir. 
Qeyd olunur ki, Britaniya və Amerika ordusu 13 il Əfqanıstanda döyüşüb. Bu savaşda Briyaniya 453, Amerika isə 2.349 əsgərini itirib. 
Bu münasibətlə ABŞ və Böyük Britaniyanın dövlət bayraqları aşağı endirilib. Hər iki ölkəyə məxsus ordu birləşmələrinin Əfqanıstandan nə vaxt çıxacağı ilə bağlı isə məlumat verilmir. Belə məlumatın təhlükəsizlik baxımından ziyanlı ola biləcəyi vurğulanır. 
Ancaq o da qeyd olunur ki, NATO-ya məxsus bütün hərbi qüvvələr dekabrın sonuna qədər Əfqanıstandan çıxmalıdır. 
Bundan sonra Əfqanıstan ordusu Talibanla tək vuruşmalı olacaq. Bu isə mümkünsüz görünür. Xatırladaq ki, faktiki olaraq Əfqanıstanın üçdə ikisi Talibanın nəzarəti altındadır. /
 

Google+ WhatsApp ok.ru