Ankarada etiraz aksiyası: onlarla adam saxlanıldı 24 İyul 2017 01:00 Dünya Polis Ankarada bir müddət əvvəl işdən çıxarılmış və buna etiraz olaraq aclıq elan etmiş iki müəllimin həbsinə qarşı keçirilən aksiyasının 61 iştirakçısını saxlayıb. Virtualaz.org bildirir ki, bu barədə Turk telekanalı CNN xəbər yayıb. Xatırladaq ki, daha əvvəl türk məhkəməsi keçən ilin iyulundakı çevriliş cəhdindən sonra təmizləmə işi çərçivəsində işdən çıxarılmalarına qarşı etiraz əlaməti olaraq aclıq elan etmiş Nuriye Gülmen və Semih Ozakça adlı müəllimlərin həbsinə qərar vermişdi. Məhkəmənin qərarına görə, onlar Türkiyədə qadağan edilmiş sol-radikal ekstremist qruplaşmasının - "İnqilabçı xalq-azadlıq partiyası — cəbhəsi"nin tapşırıqları ilə hərəkət ediblər. Qeyd edilir ki, polis Türkiyə paytaxtının mərkəzində - Kızılay ərazisində icazə verilməmiş aksiya iştirakçılarından dağılışmağı tələb edib, amma onlar bu tələbi yerinə yetirməyiblər. Bundan sonra polis etiraz edənləri dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Teqlər : #Ankarada etiraz aksiyası: onlarla adam saxlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanın partlayış: 20 ölü Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 42 nəfər yaralanıb - YENİLƏNİB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO