Ankarada kütləvi tədbirlərin keçirilməsi qadağan edildi

Ankarada kütləvi tədbirlərin keçirilməsi qadağan edildi

Türkiyənin paytaxtı Ankarada avqust ayı boyunca ictimai yerlərdə, o cümlədən parklarda müxtəlif tədbirlərin keçirilməsi qadağan edilib.
 
Trend-in məlumatına görə, bu qərar Ankara valiliyi tərəfindən paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.
 
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə qadağan olunmuş “İnqilabçı xalq-azadlıq partiyası – Cəbhə”nin (DHKP-C) tərəfdarları təşkilatın bir üzvünün həbs edilməsi ilə əlaqədar etiraz aksiyası keçirəcəyini elan etmişdi.
 

Google+ WhatsApp ok.ru