Antarktida da ilk dəfə namaz qılındı

Dekabrın 16-sı "Antarktida 100" ekspedisiyasının iştirakçıları dünyanın ən cənub şəhəri -  Argentinanın Uşuayu şəhərinə qayıdıblar. 
 
Maide.az xəbər verir ki, səyahət zamanı dalğıclar Antarktida sahillərində 97 metr dərinliyə üzüblər. Bu zaman ərzində tədqiqatçılar dəyərli məlumatlar toplaya biliblər. 
 
Qeyd etmək lazımdır ki, yaxınlaşan tufana və komanda üzvlərinin yorğunluğuna baxmayaraq, dərinlikdə üzmək baş tutub. 
 
Dalğıçılar daha sonra rus qütb stansiyası - Bellinshauzenə yollanıblar. 
 
Orada onlar yerli qütbçülərə 3 dinin müqəddəs əşyalarını: Məryəm Ananın Kazan ikonasını, Kul Şərif məscidindən Qurani-Kərim və Kazan sinaqoqundan Tövrat kitabını hədiyyə ediblər. Bundan əlavə, stansiyada yerləşən Müqəddəs Üçlüyün məbədində Antarktida tarixində ilk dəfə namaz qılınıb.//

Google+ WhatsApp ok.ru