Argentinada “Cessna” təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Argentinada yüngülmotorlu “Cessna 182” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
 
Qəza Buenos-Ayres əyalətinin cənubundakı Punta-Alta yaşayış məntəqəsində baş verib.
 
İlkin məlumata əsasən, aşağı hündürlükdə uçan təyyarə yüksək gərginlikli elektrik xətlərinə ilişib. Məlum olub ki, ekipaj inşa edilən neft kəmərinin marşrutunu öyrənirmiş. Ölənlərin şəxsiyyətlərinin müəyyən edildiyi bildirilir.

Google+ WhatsApp ok.ru