ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub

ATƏT müşahidəçiləri ötən gün növbəti dəfə Donbasda atəşə tutulub. Bu barədə təşkilatın hazırkı sədri, Serbiya XİN rəhbəri İvitsa Daçşiçin bəyanatında bildirilir.
 
ATƏT rəhbəri qeyd edib ki, bu hadisədən sonra o növbəti dəfə münaqişə tərəfləri Xüsusi monitorinq qrupunun işinə əngəl törətməməyə çağırıb.
 
Bundan əvvəl Ukrayna XİN-i Donbasda atəşkəsin pozulması təhlükəsi olduğundan  Rusiya hakimiyyətini tədbir  görməyə çağırıb.
 
Qeyd edək ki, avqustun 10-na keçən gecə Donetskdə  naməlum şəxslər ATƏT müşahidə missiyasına məxsus 7 avtomobil yandırıb. 

Google+ WhatsApp ok.ru