Avropada islamafobiya əməlləri artmaqdadır 04 İyul 2018 01:00 Dünya -- Belçikada müsəlman qadının bədəninə xaç çəkdilər - İtaliyada qadını döydülər Avropada islamafobiya əməlləri artmaqdadır. Maide.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Belçikanın Anderlues qəsəbəsində 2 nəfər 19 yaşındakı müsəlman qıza hücum edərək onun qarnına, ayaqlarına və bədəninin müxtəlif yerlərinə xaç işarəsi çəkiblər. Həmçinin, onu yerdə sürüyüblər, hicabını və paltarını cırıblar. Qıza hücum edənlərin axtarışı aparılır. İtaliyanın Sassari şəhərində isə bankomat qarşısında sıraya girmədiyi üçün nigeriyalı qadını bir nəfər hamının gözü qarşısında yerə yıxaraq döyüb. Daha sonra qadının telefonun alıb və yerə ataraq qırıb. Hadisə zamanı orada olan digər insanlar isə baş verənləri sadəcə izləməklə kifayətləniblər. Teqlər : #Avropada islamafobiya əməlləri artmaqdadır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Misirdə 241 nəfər terrorçu siyahısına salındı Fransa işğalçılara 4 milyard dollarlıq silah satıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO