Avropada soyuqdan ölənlərin sayı 40-a çatdı 10 Yanvar 2017 02:00 Dünya Avropada güclü şaxta qurbanlarının sayı artıq ən azı 40 nəfərdir. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, ölənlərin çoxu Polşa sakinləridir. Burada yalnız ötən şənbədən bazar gününə keçən gecə 10 nəfər donub. Polşa böhran mərkəzindən verilən məlumata görə, ölkədə şaxta vuran insanların sayı 30 nəfər olub. Çexiyada soyuqdan ölənlərin sayı 3-dən 6-ya çatıb. İki nəfər Belarusda ölüb. İtaliyada da ölənlər iki nəfərdir. Onlardan biri – 82 yaşlı pensiyaçı istilik olmadığından mənzilində donub. Daha bir 78 yaşlı qoca küçəyə çıxanda şaxtadan huşunu itirərək yıxılıb və aldığı xəsarətdən yerindəcə keçinib. Avropada şaxta qurbanlarının əksəriyyəti evsiz-eşiksiz olanlardır. İstanbul hava limanında gündəlik 1500 uçuşdan yalnız 300-ü təxirə salınmayıb. Şəhərin Avropa və Asiya hissəsi arasında nəqliyyatın hərəkəti dayanıb. / Teqlər : # Avropada soyuqdan ölənlərin sayı 40a çatdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda 4 şiə fəal həbs olunub İŞİD Mosulun suyunu kəsdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO