Avropa şirkətləri İranın qaz sənayesində sərmayə yatırmaq üçün müzakirə aparır

Fransa, Böyük Britaniya, Almaniya, İtalya və Rusiya şirkətləri İran Milli Qaz Şirkəti ilə qaz emalı zavodları və qaz boru kəmərlərinin tikilməsi sahəsində əməkdaşlıq üçün müzakirələrə başlayıb. Bunu İranın Milli Qaz Şirkətinin İnvestisiyaların cəlbi komitəsinin sədri Əsğər Süheylipur deyib.

Trend-in məlumatına görə, bu barədə tasnimnews xəbər saytı məlumat verir.
Ə.Süheylipur deyib ki, Yaponiya, Çin və Koreya şirkətləri ilə də bu sahədə müzakirələr aparılır.

Ə.Süheylipur şirkətlərin adını açıqlamayıb: “Həmin şirkətlərlə İranın daxilində qazın nəqli üçün boru kəmərinin təkmilləşdirilməsi, eləcə də İrandan İraq, Türkiyə, Pakistan və digər ölkələrə qaz boru kəmərinin çəkilməsi layihələrinə dair müzakirələr aparılır”. /

Google+ WhatsApp ok.ru