Avropa Parlamenti Səud rejiminin koalisiyasına silah satışını dayandırmağı tələb etdi 08 Oktyabr 2018 01:00 Dünya Avropa Parlamenti Səud rejiminin koalisiyasına silah satışını dayandırmağı tələb edib. Avropa Parlamenti öz bəyanatında Yəməndə müharibənin davam etməsini və dinc insanlarla bağlı qanunların pozulmasını qınayıb. Maide.Az "Deyerler.org"- a istinadən verdiyi xəbərə görə, AP Səudiyyə Ərəbistanına silah-sursatın satışının dayandırılmasını tələb edib. Avropa Parlamentin bəyanatında bildirilir: ”Yəməndə sülhün bərqərar olması, birliyin qorunması, ərazi bütövlüyü və suverenlik siyasi həll yollarından və Yəmənarası danışıqlardan aslıdır”. Avropa Parlamenti dünya və bölgə ölkələrini müharibəni dayandırmaq və danışıqlar yoluyla sülhə nail olmaq üçün, Yəməndə münaqişə tərəfləri ilə əməkdaşlıq etməyə çağırdı. Yekun olaraq, Avropa Parlamenti BMT-nin Yəmən nümayəndəsi ilə münaqişə tərəfləri arasındakı siyasi bir prosesə başlamaq üçün səylərini dəstəkləməyə yönəldiklərini bəyan edib. Teqlər : #Avropa Parlamenti Səud rejiminin koalisiyasına silah satışını dayandırmağı tələb etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistan Kəşmirdə kimyəvi silahdan istifadə edibmi? Ərbəin üçün üç sərhəd məntəqəsində pulsuz Wi-Fi təqdim olunacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO