Avropa İttifaqının sərhədlərində 107 min mühacir toplaşıb 19 Avqust 2015 01:00 Dünya Avropa İttifaqına daxil olan ölkələrin sərhədlərində toplaşan mühacirlərin sayı ilk dəfə olaraq 100 mini keçərək, 2015-ci ilin iyulunda 107 min nəfər təşkil edib. Bu barədə Aİ-nın “Frontex” agentliyinin açıqlamasında bildirilir. Agentliyin məlumatına əsasən, 50 minə yaxın insan Egey dənizinin Yunanıstana məxsus adalarında müvəqqəti olaraq məskunlaşıb. İtaliyaya Eritreya və Nigeriyadan gələn mühacirlərin sayı 20 min nəfər təşkil edir. Macarıstan hökuməti ölkəsinə 35 minə yaxın mühacirin gəldiyini bildirib. Ümumilikdə, 2015-ci ildə Avropa İttifaqının sərhədlərinə gələn mühacirlərin sayı 340 min nəfərdir. Qeyd olunur ki, 2014-cü ildə mühacirlərin sayı 280 min təşkil edib. Frontex-in hesablamalarına görə, qanunsuz mühacirlərin əksəriyyəti Suriya və Əfqanıstan vətəndaşlarıdır. Onların Yunanıstana Türkiyədən keçərək gəldiyi bildirilir. Teqlər : #Avropa İttifaqının sərhədlərində 107 min mühacir toplaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada öldürülən mülki vətəndaşların sayı açıqlanıb Türkiyədə dördpartiyalı keçid hökuməti yaradıla bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO