Avstraliyada məscidə görə qarşıdurma yaranıb

Sidney şəhərində yeni məscidin tikilməsi müzakirə edən şəhər şurasının binası qarşısında, avstraliyalı islafoblar qarşıdurma yaradıblar. 
Maide.az-ın məlumatına görə, Şuranın dörd üzvü məscidin tikilişinə verilən icazənin ləğv edilməsini tələb ediblər.  Lakin şuranın digər 10 üzvi isə qərarın ləğv edilməməsinə səs veriblər. 
Yeni məscidin tikilməsinin əleyhinə olanlar toplaşaraq, "Şəriətə - yox deyək" , "İslam- insanlığa qarşı cinayətdir" yazılı anti-islam plakatları nümayiş ediblər. 
Qeyd edək ki, qeyri müsəlman olan lakin məscidin tikilməsinə tərəfdar olan bir qrup şəxs də binanın qarşısına toplaşıblar.  Onların nümayiş etdikləri plakatlarda isə : "İrqçilik qəbuledilməzdir. Müsəlmanlar, xoş gəldiniz" və "İrqçilik - azadlığın düşmənidir" yazılıb. //
 

Google+ WhatsApp ok.ru