Avstriyada hicab qadağası təklif edilir

Avstriyada hicab qadağası təklif edilir

-- Təklifi ifratçı sağçı Avstriya Azadlıq Partiyası edir

Avstriyada ibtidai məktəblərdə hicab qadağan oluna bilər.

Maide.Az “Dünya Bülteni”ə istinadən xəbər verir ki,  bu təklif ilə ifratçı sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) başçısı və Baş nazir köməkçisi Heinz Christan Strache çıxış edib. 

O, qız uşaqlarını inkişafdan saxlayacağı iddiası ilə ölkə məktəblərində hicabın qadağan olunmasını istəyib. 

Qız uşaqlarının “azad” inkişafını dəstəkləyənı H.Ch.Strache  “Kronen” qəzetinə müsahibəsində “uşaq bağçalarında və ibtidai məktəblərdə hicaba yer yoxdur” ifadəsini işlədib. 

Google+ WhatsApp ok.ru