Avstriyadan müsəlmanları hədəf alan qanun: Ərəbcə Qurani-Kərim ləğv edilir 15 Oktyabr 2014 01:00 Dünya Maide.az-ın məlumatına görə, Avstriyadakı İslam qanunu layihəsinin müsəlmanları təhdid olaraq görən bir düşüncə ilə hazırlandığını deyən mütəxəssislər, qanunun bəzi maddələrinin konstitusiyanın "bərabərlik", "təşkilatlanma" və "din və inanc" azadlığı maddələrinə zidd olduğunu söyləyiblər. Avstriya hökuməti tərəfindən 2 oktyabrda məclisə göndərilən İslam qanunu layihəsinə yönəlik müzakirələr davam edir. Ölkədə yaşan 500 min müsəlmanın praktikada istifadə etdiyi bəzi haqlara hüquqi zəmanət verən qanun, eyni zamanda İslam camaatının maliyyələ əldə etmək, dərnək yaratmaq və dinin təbliğatı kimi haqlarına maneə yaradılmasına gətirib çıxaracaq maddələrin əlavə olunması etirazlar yaradıb. Vətəndaş cəmiyyət təşkilatları, hüquqşünaslar və müəllimlərin qanuna qarşı tənqidləri hər gün artır. Qanunda ən çox tənqid olunan maddələrin başında "Xaricindən gələn maliyyənin qadağan edilməsi" durur. Yeni qanuna görə, müsəlmanların "dini fəaliyyətlərini maliyyələşdirmək üçün ölkədən kənardan pul almaları" qadağan edilir. Sözügedən maddənin protestant, yəhudi və katoliklər üçün tətbiq olunmadığı üçün konstitusiyanın bərabərlik maddəsinə zidd olduğu bildirilir. Qanuna görə, 6 ay ərzində bütün müsəlman dərnəkləri bağlanacaq. Bu maddənin müsəlman dərnəklərin yoxlanılması və nəzarət altına alınması məqsədiylə tətbiq olunduğu, "dərnək yaratmaq azadlığına" zidd olduğu bildirilir. Qanunda müsəlmanlara, "xəbər vermə və məlumat vermə öhdəçiliyi" gətirən maddə isə digər dinin nümayəndələrinə tətbiq olunmadığı üçün bərabərlik maddəsinə zidd kimi qiymətləndirilir. Qanuna görə, "Universitetdə İslam teologiya dərsinin tədrisi və bu təhsili almış şəxslərin məscidlərdə işləməsi" nəzərdə tutulur. Bu maddə "müsəlman olmayan professorların öyrədəcəyi şəxslər, məscidlərdə İslamdan danışacaq" kimi şərh olunur. Müzakirə edilən bir başqa maddə isə müsəlmanların öz dini mənbələrini, ancaq Almancadan istifadə etmələridir. Bu isə onu göstərir ki, Almanca olmayan Qurani-Kərim kimi dini mənbələr qadağan edilir. Teqlər : #Avstriyadan müsəlmanları hədəf alan qanun: Ərəbcə QuraniKərim ləğv edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə Husilər iki hava limanının ələ keçirdi Sionist rejimin baş qərargah rəisi Gantz: Qəzzada cəsur döyüşçülərlə qarşılaşdıq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO