Ayətullah Məkarim Şirazidən Kəbə imamına mənalı cavab

Maide.az-ın məlumatına görə, Ayətullah Nasir Məkarim Şirazi Kəbə imamının açıqlamalarına cavab verib. O bildirib ki, təkfirçilik məktəbi ağıla və Quranın ayəsinə zidd bir məktəbdir. Bu üzdən şərəfli bir müsəlmana yaraşan, təkfirçilik məktəbi olan vəhhabilikdən uzaq dayanmasıdır: "Çünki İŞİD və əl-Qaidə kimi təşkilatların vəhhabilik ağacının meyvəsi olduğu artıq hər kəsə aydındır. Bu şəxs Məscidi Haram kimi müqəddəs bir məkanda şiələri kafir elan edib və İran haqqında hədyanlar söyləyib. Halbuki bu çıxışdan bir neçə həftə əvvəl "Təkfirçiliklə mübarizə" konfransı keçirmişdilər! Dünən "təkfirçilər bizdən deyil" deyirsən, bu gün qalxıb Kəbə kimi müqəddəs bir nöqtədən şiələri kafir elan edərək, onlara qarşı müharibəyə çağırış səsləndirirsən. Həm də hər kəsə məlum olan öz məktəbinizin fəsad və qüsurunu görməyəcək şəkildə."
 
Ayətullah Şirazi sözlərinə belə davam edib: "İslam şəhərlərini sizin viran qoyduğunuzu hamı bilir. Buna baxmayaraq, qalxıb İranı borclu çıxarırsız və İslam şəhərlərini dağıtdığından danışırsız. Yəməndə nə etmək istəyirsiniz! İran Yəməndəki münaqişənin siyasi yollarla həll olunmasını istəyir. Amma siz bu ölkəyə bomba yağdırırsınız.
 
Suriyada xalqın tələbini heçə sayaraq bu qədər cinayət törətdiniz. Niyə millətlərin tələblərini heçə sayaraq hər cür cinayət törədirsiniz, sonra da İranı günahlandırırsınız! Burada əsas günahkar millətlərin tələblərini heçə sayanlardır.
 
Soruşuram: Görəsən iraqlıların, yəmənlilərin və suriyalıların özlərini müdafiə hüququ yoxdur? İndi yəmənlilər deyir: gəlin oturub bütün qrupların təmsil ediləcəyi bir hökumət quraq. Amma baş müftiləri deyir ki, "Yəməndə aparılan hərbi əməliyyat müdrik bir plandır!" Görəsən bir ölkəni xarabalığa çevirmək müdriklikdirmi?
 
Bunlar xəyal aləmində yaşayırlar, kapitalları isə yalan və böhtandır! Deyirlər ki, şiələr Məkkə ilə Mədinəni almaq istəyir. Ciddə aeroportunda görünməmiş bir rəzalət yaşandı. Tarixdə görünməmiş bu rəzalət sizin həqiqi üzünüzü tanımaq istəyən hər kəs üçün kifayətdir."
 
Ayətullah Şirazi son olaraq belə deyib: "Biz hər kəsin xeyrini istəyirik, təkfirçiliyi buraxsınlar və müsəlmanların arasına qoşulsunlar. Bu halda biz onları sevərik. Uğursuz bir işin nəticəsinin cinayət və pislik olduğunu gördüyü halda, bu iş üzərində inadkarlıq etmək müdriklik deyil. Ümid edirəm ki, bu səmimi nəsihətlər qarşılığını tapar, ona əməl edilər və İslam ümməti bu böyük bəladan xilas olar."

Google+ WhatsApp ok.ru