Ayətullah Sistani məscid terroru haqqında: “Əhli-Beytə vəfalı olduqlarına görə onların qanı axıdıldı” 25 May 2015 01:00 Dünya Ayətullah Sistani Ərəbistanda terror nəticəsində dünyasını dəyişən şiələrlə bağlı Katif xalqına başsağlığı verdi. Maide.az xəbər verir ki, İslam alimi Ayətullah Sistani bir neçə gün öncə Səudiyyə Ərəbistanının Katif şəhərindəki İmam Əli məscidində törədilən terror nəticəsində ölən müsəlmanlar haqqında təsliyət mesajı yollayıb. O hadisədən üzüntüsünü dilə gətirib və ölənlər üçün Uca Allahdan ən üstün dərəcə, yaralılar üçün şəfa və onların yaxınlarına da səbr diləyib: Ayətullahın müraciətini olduğu kimi təqdim edirik: “Rəhman və Rəhim olan Allahın adı ilə İnna lillah ve inna ileyhi raciun Ey əziz Katif xalqı!!! Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. İmam Əli məscidində namaz qılan qardaşlarımıza edilən xain hücumdan duyduğum dərin üzüntünü və narahatlığı ifadə etmək istəyirəm. Təəssüf ki, bu hücumda bir çox insan həyatını itirdi və bir neçəsi də yaralandı. Əhli-Beytə vəfalı olduqlarına görə onların qanı axıdıldı. Bu böyük müsibətə düçar olan qardaşlarıma, xüsusilə əzizlərini itirənlərə başsağlığı diləyirəm. İmam Hüseynin doğum gününün qeyd olunduğu mübarək gündə namaz qılınan zaman pak ruhlarını meraca yüksəltərək onlara xeyirli aqibət nəsib edən Allahdan həmin hadisədə dünyasını dəyişənləri İmam Hüseynlə məşhur etməsini arzulayırıq. Allah onların yaxınlarına səbr versin, yaralılara da şəfa inayət etsin. Heç şübhəsiz ki, O duaları eşidəndir. Uca və üstün olan Allahdan başqa heç bir qüvvət və güc yoxdur. 4 Şaban 1436 Əli Hüseyni Sistani”/ Teqlər : #Ayətullah Sistani məscid terroru haqqında: ƏhliBeytə vəfalı olduqlarına görə onların qanı axıdıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejiminin keçmiş baş nazirinə həbs cəzası Türkiyədə minlərlə insan Suriyaya dəstək aksiyası keçirdi - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO