Ayətullah Zəkzəkinin qızı: atam sağdır və yaralıdır - VİDEO

Nigeriya şiələrinin lideri Ayətullah Şeyx İbrahim Zəkzəkinin qızı doktor Nəsibə İbrahim Zəkzəki deyir ki, atası sağdır və silahlı qüvvələrin açdığı atəş nəticəsində yaralanıb. 
Maide.az xəbər verir ki, Press tv kanalına müsahibə verən xanım Nəsibə Zəkzəki deyib ki, ordu bizim ailə üzvlərimizə atəş açıb və atam yaralıdır. 
Xanım Nəsibə Zəkzəki deyir ki, ordu qüvvələri hüseyniyyəni mühasirəyə alıb və hüseyniyyənin iki çıxış qapısını partlatdıqdan sonra əhaliyə atəş açıblar.  “Məndə olan məlumata görə, 450 nəfərə  yaxın şəxs həlak olub. 300 cəsədi bu gün xəstəxanaya aparıblar”. 
Onun sözlərinə görə, ordu bölgəni tam mühasirəyə alıb və kimsənin girib-çıxmasına icazə vermir. “Silahlı qüvvələr çoxlu insanı dəstə -dəstə aparıb ətraf meşəlikdə öldürüb. Həmin şəxslərdən biri qaça bilib və bu məlumatı o mənə dedi. Bəziləri deyir ki, ölənlərin sayı 1000 nəfərə çatır” 
Xanım Nəsibə Zəkzəki deyib ki, təssüf edici haldır ki, dünya mediyası bu qətliamı işıqlandırmır. “Bütün dünya Boko Haram haqqında danışır ama ordunun törətdiyi cinayətləri kimsə görmür. Biz 30 ildir ki, burda yaşayırıq və bu müddət ərzində çoxlu insanlarımız öldürülüb. Çox təssüf edicidir ki, media sükut edib”. 
Nigeriya ordusu son iki gündə ölkənin şimalındakı Zariya əyalətində ordu ilə qarşıdurmada qətlə yetirilən Əhli-Beyt (ə) ardıcıllarının cəsədlərini təxliyə edib.Məlumatı AFP-yə açıqlamasında Nigeriya İslam Hərəkatının media forumunun rəhbəri İbrahim Musa bildirib.
"Bizdə olan məlumata görə, bizim liderimizin evindən kənarda həlak olan yüzlərlə üzvlərimizin cəsədləri əsgərlər tərəfindən yük maşınlarına yığılaraq təxliyə olunub.
"Biz ölənlərin dəqiq sayı ilə bağlı rəqəm verə bilmərik. İşğalçı əsgərlərdən evi qorumaq çağırışına cavab verən üzvlərin sayını nəzərə alaraq, deyə bilərik ki, bu say çox böyükdür. Mən təsdiqləyə bilərəm ki, liderimizin xanımı Zinət İbrahim və onun oğlu Səid Əli ölənlər arasında idi. Bizim milli mətbuat xidmətinin rəhbəri İbrahim Usman, hərəkatın ikinci lideri Şeyx Muhəmməd Turi də həlak olub", - deyə o bildirib./
 

 

Google+ WhatsApp ok.ru