Ayətullah Məkarim Şirazi: Dinlər təkfirçilik əleyhinə birləşsinlər

Təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi Qum Dini Elmlər Hövzəsi ilə Vatikan arasında əlaqələrin davam etdirilməsinin zəruriliyindən danışıb və bildirib ki, səmavi dinlər ifratçı və təkfirçi qruplaşmalar ilə mübarizədə bir-birilərinin əlini tutmalıdırlar.
 
Maide.az xəbər verir ki, Ayətullah Nasir Məkarim Şirazi şənbə günü Sülh və Ədalət üzrə Papalıq Şurasının sədri Kardinal Piter Turkson ilə Qum şəhərində baş tutan görüşdə  Qum Dini Elmlər Hövzəsi ilə Vatikan arasında əlaqələrin möhkəmləndirilməsindən razılıq edib və deyib: Ümidvaram bu görüşlər bəşəriyyətin üzləşdiyi problemlərin həlli istiqamətində faydalı olsun.
 
Ayətullah Məkarim Şirazi bildriib ki, müharibələr, ixtilaflar, əxlaqsızlıqlar, iqtisadi problemlər və siyasi çəkişmələr bu günkü dünyanın ən öndə gedən problemlərindəndir və səmavi dinlər əməkdaşlıq yolu ilə bu problemlərin öhdəsindən gələ bilərlər.
 
Ayətullah Məkarim Şirazi deyib ki, bizim Vatikan ilə əlaqələrimiz yeni hadisə sayılmır və ümidvaram gediş-gəlişlərin artması ilə Qum Dini Elmləri Hövzəsi ilə Vatikan arasında yaxınlaşmanın şahidi olacayıq.
 
Ayətullah Məkarim Şirazi bildirib ki, biz Vatikanın Sülh və Ədalət məsələsinə diqqət göstərməsindən və bu adda nazirlik təsis etməsindən çox şadıq.
 
Kardinal Turkson da bu görüşdə bəşəriyyətin bu gün qanlı toqquşmalar və müharibələrin şahidi olduğunu deyərək, dinlər arası dialoq və anlaşma yolu ilə dünyanın hazırkı quruluşunu ilahi quruluşa yaxınlaşdırmağın mümkün olduğunu bildirib.  /

Google+ WhatsApp ok.ru