Ayətullah Sistani: `Karrada  292 insanın həyatını itirdiyi hadisə `ölkədə məzhəblərarası fitnə çıxarmaq` məqsədi ilə törədilib`

Ayətullah Sistani: `Karrada 292 insanın həyatını itirdiyi hadisə `ölkədə məzhəblərarası fitnə çıxarmaq` məqsədi ilə törədilib`

Mərcəi təqlid  Ayətullah Əli Sistani, paytaxt Bağdadın mərkəzində - Karrada bölgəsində bomba partlaması nəticəsində 292 insanın həyatını itirdiyi hadisənin "ölkədə məzhəblərarası fitnə çıxarmaq" məqsədi ilə törədildiyini açıqlayıb. 
Ayətullah Əli Sistaninin nümayəndəsi Əhməd Əs-Səfi, Bağdadın cənubundakı Kərbəla şəhərindəki məsciddə Ayətullah Sistaninin vəkaləti ilə dediyi cümə xütbəsində Karradakı hücumu pisləyərək, "Bu hücumu edənlər xalq arasında məzhəb fitnəsi çıxarmaq məqsədi ilə mümkün qədər çox qan tökülməsini hədəfləmişdilər" -dedi.
İraq Əhli Sünnə Xeyriyyə Cəmiyyətinin başçısı Əbdüllətif Əl-Himəyyim də terror hücumlarını qınayaraq, bu hücumlara qarşı "birlik olmaq" çağırışını etdi. Himəyyin terror hücumlarına və hiylələrə qarşı ayıq olmağa çağırdı.
İraq alimlərindən Ayətullah Təqi Müdərris də yayımladığı açıqlamada, xalqın təhlükəsizliyini təmin etmək üçün bütün bölgələrdə təhlükəsizlik orqanları ilə güclü əməkdaşlıq edə bilmək üçün xalq komitələrinin qurulması çağırışını etdi. "Xalqımızın qanı ucuz deyil. Yaşanılan hər hadisədən ibrət almaq üçün səylərin gücləndirilməsi lazımdır" ifadəsini qeyd etdi.
Paytaxt mərkəzində - Karrada bazar günü baş verən bomba partlaması nəticəsində 292 nəfər həyatını itirib.

Google+ WhatsApp ok.ru