Ayətullah Şeyx İsa Qasimin məhkəməsi təxirə salındı 30 Yanvar 2017 02:00 Dünya Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin bu gün keçirilməsi nəzərdə tutulan məhkəməsi təxirə salınıb. Maide.Az xəbər verir ki, ötən gecə Bəhreynin müxtəlif bölgələrində 150 min nəfərdən çox insanın iştirakı ilə Şeyx İsa Qasimə dəstək məqsədilə keçirilən etiraz aksiyasının ardınca Ali Xəlifə rejimi Şeyx İsa Qasimin məhkəməsinin vaxtını dəyişib. Belə ki, bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə fevral ayının 12-ə kimi təxirə salınıb. Qeyd edək ki, ötən axşam Bəhreynin 48 bölgəsində 150 min nəfərdən çox kəfən geyinmiş insanın iştirakı ilə Şeyx İsa Qasimə dəstək mitinqi keçirilib. Ayətullah İsa Qasim “çirkli pulların yuyulması” və qanunsuz olaraq insanlardan pul yığmaqda ittiham olunur. Ali Xəlifə rejimi təqribən 8 ay öncə Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib və onun yaşadığı bölgəni mühasirə edib. Bəhreyn xalqı öz rəhbərlərini müdafiə etmək məqsədi ilə onun evinin qarşısında oturaq aksiya keçirir. Hazırda Ali Xəlifə rejim hərbiçilərinin mühasirəsi və Diraz bölgəsinə gediş-gəlişin qadağan edilməsinə görə, 18 min bəhreynli öz qohum əqrabası ilə görüşə bilmir. Teqlər : #Ayətullah Şeyx İsa Qasimin məhkəməsi təxirə salındı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nuri əl-Maliki: `İŞİD-i Barak Obama yaradıb` Fransada zəncirvari qəzada 59 nəfər yaralanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO