Ayətullah Sabiri Həmədani vəfat edib

Ayətullah Sabiri Həmədani vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
Xobreqan Ekspertlər Məclisinin sabiq üzvü, Qum Dini Elmiyyə Hövzəsinin Müəllimlər Birliyinin üzvü, Azərbaycanda Ayətullah Xameneinin nümayəndəsi olmuş Ayətullah Əhməd Sabiri Həmədani 94 yaşında vəfat edib. 
 
Maide.Az xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən və xəstəxanada müalicə olunan Ayətullah Sabiri Həmədani şənbə günü vəfat edib. 
 
Ayətullah Sabiri Həmədani 1923-cü ildə Həmədan şəhərinin Böyük Abad kəndində dünyaya gəlib. İlk təhsilini məktəbxanada alıb, dini təhsil almaq üçün 1940-cı ildə Həmədan dini elmi hövzəsinə daxil olub. Daha sonra təhsilini Məşhəd və Qum şəhərlərində davam etdirib. O, təhsil müddətində çoxlu ustadlardan dərs alıb, onlardan Ayətulah Sultani Təbatəbai, Ayətulah Bürucerdi, Ayətullah İmam Xomeyni, Ayətullah Qolpayqani və Ayətullah Mühəqqiq Damadın adını çəkmək olar. 
 
Mərhum Ayətullah Sabiri Həmədani bir çox ölkələrdə məscid və hüseyniyyələr tikdirib. Həmçinin təbliğ üçün Azərbaycan, Avstraliya, Türkiyə, İngiltərə, İspaniya, İtaliya, Yunanıstan, Almaniya, Hollandiya, Yaponiya, Pakistan, Çin və Rusiya kimi ölkələrdə səfərdə olub. 
 
Mərhum Ayətullah Sabiri Həmədani həmçinin çox sayda kitabın müəllifi olub.  
 
Allah rəhmət eləsin.

Google+ WhatsApp ok.ru