Ayətullah Misbah Yəzdinin cənazəsi Həzrət Məsumənin (s.ə) hərəmində torpağa tapşırıldı

Ayətullah Misbah Yəzdinin cənazəsi Həzrət Məsumənin (s.ə) hərəmində torpağa tapşırıldı

İslam dünyasının dahi alimi, Xobreqan Məclisinin üzvü, mücahid ailim və böyük filosof Əllamə Muhəmməd Təqi Misbah Yəzdinin cənazəsi bu gün səhər saatlarında Xanım Məsumənin (s.ə) müqəddəs hərəmində torpağa tapşırılıb.

 
Maide.Az İRNA-a iatinadən xəbər verir ki, Böyük əllamə tələbələri və sadə vətəndaşların iştirak etdiyi vida mərasimindən sonra mərhum ayətullah Misbah Yəzdi Həzrət Məsumənin (s) hərəmində mərhum ayətullah Məhəmməd Təqi Behçətin  məzarının yanında dəfn olunub.  
 
Qeyd edək ki, İran Xobreqan məclisinin üzvü, eləcədə İmam Xomeyni (r.ə) elmi-təhqiqat müəssisəsinin rəisi və Qum Elmiyyə Hövzələrinin Ustadlar Şürasının üzvü olmuş Ayətullah Muhəmməd Təqi Misbah Yəzdi yanvar ayınının 1-də cümə günü günorta saatlarında uzun sürən xəstəlikdən sonra Tehranda dünyasını dəyişib.
 

Google+ WhatsApp ok.ru