Azərbaycanlılar Krımda məscid tikir - FOTO

Azərbaycanlılar Krımda məscid tikir - FOTO

Krımda yaşayan Azərbaycan icması yarımadada ən böyük məscidin tikintisi üçün vəsait toplamağa başlayıblar. Krım Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətovun Alupka şəhərində tikiləcək məscid üçün puldan başqa həmyerlilərimiz tikinti materialları ilə kömək edir, iməciliklər də iştirak edirlər.
 
“Məscidin eskizləri hazırdır. Amma onu tikib başa çatdırmaq üçün vəsait çatmır. Güman edirəm ki, bir sıra iş adamları da bu xeyirxah işdə köməkliyini əsirgəməyəcəklər”, deyə Hümbətov bildirib
 
Məscidin tikiləcəyi yer şəhərin cənubunda, Ay-Petri dağının ətəyində olduqca mənzərəli yerdədir. Tikinti başa çatandan sonra bu ibadət evi Krım yarımadasının ən böyük məscidi olacaq. (lent.az)

Google+ WhatsApp ok.ru