Azanın sözlərində “facebook” istifadə edən imam işdən qovuldu

Misirdə azanın sözlərini dəyişərək oxuyaraq imam işdən çıxarılıb.
Maide.az xəbər verir ki, Misirin Buhayra şəhərində sabah azanı zamanı bir imam azanın sözlərində “Əssalatu hayrun minənnəvm” (əssalatu hayrun min facebook) istifadə edib.
Ərəbcədən tərcümədə “namaz “facebook”dan xeyirlidir” mənasını verən sözləri azanda işlədən imam, xalqın etirazı ilə üzləşib.
Misir müftiliyi islam dinin müqəddəslərini heç kimin öz ağlına görə dəyişməsinin mümkün olmadığını bildirərək imamı işdən çıxarıb.//

Google+ WhatsApp ok.ru