Bəhreyndə Parlament seçkiləri öncəsi vəziyyət 15 Noyabr 2014 02:00 Dünya Bəhreyndə parlament seçkilərinin keçirilməsinə yalnız bir həftənin qaldığı bir vaxtda Ali Xəlifə rejiminin repressiya xarakterli hərəkətləri artıb. Bu məsələ də Bəhreyn xalqı və bu ölkənin siyasi şəxsiyyətlərinin reaksiyasına səbəb olub. Maide.az-ın məlumatına görə, Bəhreynin parlament və bələdiyyə seçkiləri 2014-cü il 22 noyabr tarixində keçirilməsi qərara alınıb. Bu seçkilər ərəfəsində Bəhreyn daxili işlər nazirliyi xalq etiraz aksiyalarının qarşısını almaq məqsədi ilə, ölkənin partiyaları və siyasi qruplarına xəbərdarlıq edib və hər cür aksiyanın keçirilməsinə qadağa qoyub. Aksiya keçirənlərə qarşı ağır cəzalar verilməsi nəzərdə tutulub. Ali Xəlifə rejimi Bəhreynin müxtəlif məntəqələrində təhlükəsizlik tədbirlərini artırıb. Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreynli müxaliflərə qarşı hücumları və həbslərinin davamında Bəhreyninin 19 məntəqəsində həlak olanların ailələrinin evlərinə hücum edib, həlak olan etirazçıların ataları və bir qrup gənci həbs edərək onların ev əşyalarını müsadirə edib./ Teqlər : #Bəhreyndə Parlament seçkiləri öncəsi vəziyyət , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq ordusu bir şəhəri İŞİD-dən azad etdi ABŞ konqresinin işçiləri tətil aksiyası keçirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO