Bəhreynlilərin yürüşünə hücum edilib

Bəhreyndə fevralın 14-ü 3 ili tamam olacaq islahat yürüşlərinə hücum edilib
İslamazeri.az-ın "Alalam"-a istinadən verdiyi xəbərə görə, Bəhreynin maqistral yolunda dinc yürüşə hücum edilib.
Bəhreyn polisi etirazçılara rezin güllələrlə, bibər qazı və şırnaqlı su ilə hücum edib. Çox sayda yaralının olduğu məlumatı verilib.
 
Qeyd edək ki,  Bəhreyndə Ali Xəlifə rejimi uzun illərdir şiə vətəndaşlarının prioritet hüquqlarını pozur. Vətəndaşlar islahatların aparılması üçün 3 ilə yaxındır ki, hər gün dinc yürüş təşkil edirlər.
Bəhreyn həbsxanalarında 100-ə yaxın etirazçı saxlanılır. /

 

Google+ WhatsApp ok.ru