Bəhreyndə Formula-1 əleyhinə etiraz aksiyası

Bəhreyn xalqının bu ölkədə Formula-1 yarışlarının keçirilməsinə etiraz olaraq keçirdiyi aksiya davam edir.
Maide.az xəbər verir ki, Bəhreyn mediası məlumat verir ki, bu ölkənin Əlcəfir məntəqəsinin əhalisi bu gün günortadan sonra geniş aksiya keçirib, "Qan formulasını dayandrın!" şüarı verərək, Bəhreyndə Formula-1 avtomobil yarışlarının keçirilməsinə etirazlarını bildiriblər.  
Bəhreynlilər həmçinin bu ölkənin bir sıra məntəqəsində, o cümlədən Əldiyyə məntəqəsi və Əlbilad Əlqədim qəsəbəsində aksiya keçiriblər. 
Etirazçılar Formula-1 yarışlarının keçirilməsinə etiraz olaraq, eləcə də Əlvifaq islami cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın və Ali-Xəlifə-nin əsirliyində olan digər müxaliflərin azadlığı vacibliyini vurğulayıblar.
Formula-1 yarışları dünən bəhreynlilərin geniş etirazlarına baxmayaraq  bu ölkənin bütün məntəqələrində və güclü təhlükəsizlik tədbirləri altında başlanıb.
Digər bir məlumata görə,  bu gün bir qrup Bəhreynlı ölkədə hakimiyyətin  məscidlərin dağıdılmasına etiraz məqsədi ilə  öz günorta və ikindi namazlarını Ali məntəqəsində yerləşən Əyn Rəstan adlı dağıdılmış məsciddə qılıb. 
Bəhreyn hökuməti bu məscidi 2011-ci ildə dağıdıb və onu bərpa etməkdən boyun qaçırır. /
 

Google+ WhatsApp ok.ru