Bəşşar Əlcəfəri: ABŞ, İsrail və İordaniya terrorçulara təlim keçirlər

Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Əlcəfəri, "bizim hesablamamız belədir ki, səksən min muzdur terrorçu Türkiyə və ya İordaniya sərhədləri ilə Suriyaya daxil olublar", - deyə bildirib.
 
Maide.az xəbər verir ki, o, BMT-nin baş katibi və ya onun müavinləri tərəfindən verilən məlumatlarla çoxlu sayda problemləri olduğunu bildirib.
 
Əlcəfəri bildirib ki, Suriya dövləti bu ölkə böhranının həlli üzrə hər cür səy ilə müsbət anlaşmaya hazırdır: "Biz indiyədək bilmirik ki, De Mistura məşvərətlərindən sonra hansı addım atılacaq."
 
O, mediada anti-Suriya əsaslı savaşda məqsədin Suriya dövlətinin imicini pozmaq olduğunu deyib: "Ənnüsrə Cəbhəsinin başçılıq etdiyi Cəyşulyərmuk və Cəyşulfəth qruplarına İsrail, İordaniya və ABŞ təlim keçir."

Google+ WhatsApp ok.ru