Bəhreyndən növbəti həmrəylik aksiyası

Bəhreyn vətəndaşları həbsdə olan məktəbli və müəllimlərə görə küçələrə çıxdılar

Maide.az xəbər verir ki, Bəhreyn vətəndaşları çərşənbə günü axşam bu ölkənin müxtəlif məntəqələrində "Çörək və qələm" adlı aksiya keçirərək, Bəhreynli Müəllimlər Cəmiyyətinin sədri Məhdi Əbu Dib daxil olmaqla həbsdəki məktəbli, müəllim və təhsil işçiləri ilə həmrəyliklərini elan ediblər.
 
Aksiyaçılar bu ölkənin təhsil işçiləri daxil olmaqla həbsdəki bütün şəxslərin yeni təhsil ili ərəfəsində azadlığa buraxılmalarını tələb ediblər.
 
Bəhreynli aksiyaçılar şüarlar səsləndirərək, 2011-ci il 14 fevral inqilabının hədəflərinə sadiq olduqlarını və dinc xalq aksiyalarının Bəhreyn xalqının qanuni tələblərinin reallaşmasınadək davam etdirəcəklərini vurğulayıblar.
 
Bəhreyn vətəndaşları Əlbilad Əlqədim məntəqəsində də dinc aksiya təşkil edərək, Bəhreyn Milli Birlik İslami Cəmiyyətinin baş katibi Şeyx Əli Salman və Ali-Xəlifə rejiminin məhbəslərində saxlanılan digər siyasi fəallar ilə öz həmrəyliklərini elan edib, məhbusların azadlığa buraxılmaları və Ali-Xəlifə rejiminin özbaşına həbslərinə birdəfəlik son qoyulmasını istəyiblər.

Google+ WhatsApp ok.ru