Bəhreyndə xalq hərakatı - artıq 5 il keçdi

`İnsanlar rejimi devirmək istəyirlər` şüarı hələdə səslənməkdədir

Ötən gün Bəhreyn rejiminə qarşı xalq üsyanının altıncı il dönümü idi və hakim rejimin inqilabçılara qarşı repressiyası hələ də davam etməkdədir.
 
Maide.az xəbər verir ki,Bəhreyn xalqı 5 il sonra bir daha öz əsas şüarlarını- əslində xalqın tələblərini ifadə etmək və reallaşdırmaq üçün milli inqilabın yaranmasına səbəb olan şüarları yenidən səsləndirib.
 
 Bəhreyn əhalisi, ölkədə demokratik dövlətin qurulmasını və bütün siyasi məhbusların azad edilməsini tələb edib. İnsanlar Xəlifə rejiminin rəhbərliyindən siyasi məhbuslara işkəncə verilməsinə son qoymaq və insan hüquqlarının prinsiplərinə əməl etməyə çağırıblar.
 
 Onlar hakim rejimi şiələrə qarşı ayrıseçkiliyə yol verməməyə və ölkənin demoqrafik quruluşunun dəyişdirilməsi siyasətinə son verməyə çağırıblar.
 
Bu illər ərzində Bəhreyn xalqı ölkənin dəfələrlə müxtəlif regionlarında dinc aksiyalar keçirməklə, hakim rejim tərəfindən onlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb ediblər.
 
Bəhreyndə hakim rejimə qarşı kütləvi dinc aksiyaların başlamasından bəri, bu rejim ölkə müxalifətini susdurmaq üçün bir çox addımlar atıb.
 
Müxalifət nümayəndələrinə məxsus evlərin hədəfə alınması, onları həbslə təhdid etmək və bir sıra hallarda cinsi zorakılıq və s. bu kimi vasitələr Ali Xəlifə rejiminin 5 il əvvəldən indiyədək Bəhreyndə xalq hərəkatını boğmaq istiqamətində yürütdüyü siyasətin bir parçasıdır.  
 
Həqiqətən Bəhreyn xalqının səbr kasasının dolmasına və 14 fevral 2011-ci ildə hakim rejimə qarşı qiyam etməyə nə səbəb oldu? 
Ümumiyyətlə, Bəhreyn xalqının, xüsusilə də şiələrin hakim rejimdən tələblərini aşağıdakı kimi xülasə etmək olar:
 
1- Bəhreyndə bütün dini məzhəblərin bərabər hüquqa malik olmasını təmin edən yeni Konstitusiyanın qəbul edilməsi.
 
2- Tam demokratik şəraitdə parlament seçkilərinin keçirilməsi.
 
3- Yalnız hakim rejimə qarşı çıxaraq həbs edilən bütün siyasi məhbusların azad edilməsi.
 
4- Ölkədə hakimiyyətin yalnız konkret bir klana (Xəlifə rejimi) məxsus olmasını məhdudlaşdıran demokratik seçkilərin keçirilməsi.
 
Ötən 5 il ərazində Xəlifə rejiminə qarşı Bəhreyn xalqının qiyamında maraqlı məqam, bu hərəkatın “dinc xarakterli” olmasıdır. Bəhreynlilər ötən illər ərzində hakim rejim tərəfindən çox zülmə və ədalətsizliyə məruz qalmağına baxmayaraq, heç vaxt öz haqlı tələblərini sivil və dinc yolla əldə etmək çərçivəsnidən çıxmayıblar. Hətta Bəhreyn müxalifətini qırmaq üçün Səud rejiminin təhlükəsizlik qüvvələrindən istifadə etməsi faktı da xalqı öz tələblərinə sivil yolla nail olmaq yolundan döndərməmişdir.
 
 
Ancaq burda bir sual yaranır- Nə üçün Xəlifə rejiminin rəhbərliyi Bəhreyn xalqının qanuni tələblərini yerinə yetirmək əvəzinə, onlara qarşı hərbi gücdən istifadə edərək davamlı olaraq xalqı təqib edir?
 
Həqiqət budur ki, bir çox ərəb ölkələrində, o cümlədən Tunis, Yəmən, Misir və Liviyada xalq üsyanları başlayandan sonra Xəlifə rejimi heç vaxt təsəvvür etmirdi ki, bu inqilab dalğası onları da öz çənginə alacaq. Bu baxımdan, ölkədə xalq hərəkatı formalaşdıqdan və       məşhur «الشعب یرید اسقاط النظام»  (İnsanlar rejimi devirmək istəyirlər) şüarını səsləndirdikdən sonra çaşqın qaldılar.
 
Bəhreyndə xalq inqilabının başladığın elə ilk günlərdən Xəlifə rejimi etirazçıların şüarlarını elə yerindəcə boğmağa çalışırdı. Rejimin xalqa qarşı repressiv addımları xalq hərəkatının başlamasından yalnız 24 saat sonra, yəni 15 fevral 2011-ci ildə iki Bəhreyn vətəndaşının həlak olmasına səbəb oldu.  
 
Bəhreyn xalqı ötən illər ərzində çəkdiyi əzab-əziyyətlərə baxmayaraq, ədalətin, söz və düşüncə azadlığının bərqərar olması istiqamətində yenə də öz yoluna davam edir. /
 
Maide.az 

Google+ WhatsApp ok.ru