Bəşşar Əsəd: `Türkiyə və Ərəbistan sadəcə əmirləri icra edir`

Suriya prezidenti Bəşşar Əsəd Suriya televiziyası tərəfindən canlı yayımlanan çıxışında Səudiyyə Ərəbistanı və Türkiyənin Suriyaya quru qüvvələri göndərməsi halında zəlil olacaqlarını söyləyib: "Türkiyə və Ərəbistanın Suriyaya əsgər göndərməsindən bəhs edərkən onları həddindən artıq böyütmüş olarıq. Türkiyə və Ərəbistan Suriyaya hücum qərarı verə biləcək vəziyyətdə deyil, bu ikisi yalnız əmrləri tətbiq edir".
 
Maide.az-ın məlumatına görə, Əsəd açıqlamasında bildirb ki, bütün dünya Suriyada İŞİD-lə mübarizə aparmaq istəyir, amma bu qrupu maliyyə və maddi-texniki baxımdan dəstəkləyən ölkələrə qarşı kor davranır: "Hər kəsin dövlətə etiraz etməyə və islahat tələb etməyə haqqı var, amma heç kim dövləti rədd edə bilməz, çünki hər kəsin ona ehtiyacı var.
 
Müxalifət mənalıdır və lazımlıdır. Müxalifətin bir xalq təşkilatlanması və partiya olması və özünü seçkilərdə, həmkarlarda və dərnəklərdə göstərməsi lazımdır."

Google+ WhatsApp ok.ru