Bəhreynli ruhani sürgün edildi

Bəhreynli  ruhani , bu ölkənin Alimlər Şurasının üzvi Şeyx Məhəmməd Xocəstə Livana  sürgün edilib. 
 
Maide.az  xəbər verir ki, alimlər, dini , siyasi və ictimai fəalların etirazlarına baxmayaraq Bəhreynli  ruhaninin sürgünə göndərilməsi hökmü icra olunub və O, Livana sürgün edilib. 
Şeyx Məhəmməd Xocəstə Livanın paytaxtı Beyruta  sürgün edilib. 
 
Qeyd edək ki, bir müddət öncə Bəhreyn rejim məhkəməsi  ruhani Şeyx Məhəmməd Xocəstənin  vətəndaşlıqdan məhrum edilməsi və  ölkədən sürgün edilməsinə dair qərar qəbul etmişdi. 
Bəhreyn Ruhaniləri Şeyx Məhəmməd  Xocəstənin sürgün edilməsinə etiraz əlaməti olaraq  bəyanat  veriblər. 
 
Ali Xəlifə rejimi  son bir neçə ildə  xalq hərakatının qarşısında aciz qaldığı üçün Bəhreynin  mübariz insanlarını xüsusi ilə şiələri ölkə vətəndaşlıqdan çıxardır və onların əvəzinə digər ölkələrdən  fərqli inanc və düşüncə sahiblərini Bəhreyn vətəndaşlığına  qəbul edir. 
 
Xatırladaq ki, indiyədək  Ali Xəlifə rejimi 350 nəfəri  vətəndaşlıqdan məhrum  edib ki, onlardan 13 nəfəri alim və ruhanidir.  Vətəndaşlıqdan çıxarılan bəzi ruhanilər digər ölkələrə sürgün edilib. /
 
 
 

Google+ WhatsApp ok.ru