Bəşər Əsəd: “Növbədənkənar prezident seçkiləri keçirməyə hazıram”

Suriya prezidenti Bəşər Əsəd növbədənkənar prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib. O bu addımı Suriya xalqının istəyəcəyi təqdirdə atacağını bildirib.

“Bu, Suriya xalqının mövqeyindən asılıdır. Əgər belə bir iradə varsa, mənim üçün problem deyil. Bəzi müxalif qüvvələrin deyil, xalqın iradəsi ilə hesablaşmaq təbiidir”, - deyə o vurğulayıb.

Bununla yanaşı B.Əsəd qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi hazırkı siyasi prosesin tərkib hissəsi kimi irəli sürülməyib.

Google+ WhatsApp ok.ru