Bəhreyndə 38 məscidi dağıdanların mühakiməsi tələb olundu

 
Brüsseldə "Bəhreyn şiələrinə zülm və sitəm" adlı beynəlxalq konfrans keçirilib. 
 
Maide.Az xəbər verir ki, konfrans iştirakçıları bəyanat yayaraq  Bəhreyndə şiələrə məxsus 38 məscidi dağıdanların məhkəmə qarşısında çıxarılması və mühakimə olunması tələb ediblər.
 
Konfrans iştirakçıları öz bəyanatlarında BMT-dən Bəhreyndə insan haqları və azadlıqların tapdalanmasının vəziyyətini araşdırmasını istəyiblər.
 
Manama Postun məlumatına görə, iştirakçılar həmçinin beynəlxalq qanunlara əsasən müstəqil komitənin təşkil olunmasını  və  bu komitənin Bəhreyn rəsmilərinin nifrət dolu sözlərini, milli rəyə çatmaq istiqamətində ədalətli danışıqlara şəraitin yaradılmasını araşdırmasını istəyiblər. 
 
"Bəhreyn şiələrinə zülm və sitəm" adlı beynəlxalq konfrans  "Demokratiya və İnsan Haqları Naminə Sülh" Təşkilatı tərəfindən "Ədalətsiz Sülh Mümkün Deyil" Təşkilatının əməkdaşlığı ilə  aprelin 22-23 -də Brüsseldə keçirilib. 
 

 

Google+ WhatsApp ok.ru