Bəhreyn parlamenti dinin siyasətdən ayrılmasına səs verdi

Bəhreyn parlamenti dinin siyasətdən ayrılmasına səs verib. 
 
Maide.Az aawsat xəbər portalına istinadən xəbər verir ki, Bəhreyn parlamenti siyasi partiyalar haqqında qanun layihəsinə dəyişikliklər edib ki,  həmin  dəyişikliklərə əsasən  dini xətiblər siyasi partiyaların siralarına qoşula və eyni vaxtda dini və siyasi fəaliyyət göstərə bilməyəcəklər.  
 
Qanun layihəsində baş vermiş dəyişikliyə əsasən,  partiya üzvləri və partiyaya bağlı olan şəxslər dini çıxışlar və xütbələr oxuya bilməz.
 
Qanun layihəsində həmçinin dinin siyasətdən ayrı olması göstərilib. 
 
Qeyd edək ki, Bəhreynin diktatura rejimi, ölkədə çoxluq təşkil edən Əhlibeyt tərəfdarlarına qarşı aqressiv-repressiv siyasət həyata keçirir. Yüzlərlə fəal və ruhani məhz, Ali Xəlifə rejiminin siyasətini tənqid etdiklərinə görə, daima təqib və həbslərlə üzləşirlər. Rejim, təkcə Əhlibeyt tərəfdarlarına qarşı deyil, ölkədəki digər Əhli-sünnədən olan müxalif  fəallar, həmçinin qeyri-dini inanclara sahib azadlıq təələb edənlərə qarşı da sərt addımlar atmaqdadır.
 
Bəhreyndə 2011-ci ildən  Ali Xəlifə rejiminə qarşı dinc etirazlar keçirilir. 
 
 

 

Google+ WhatsApp ok.ru