Bəhreyndə daha 4 şiə ruhani həbs olundu 08 Avqust 2016 01:00 Dünya Bəhreyn rejimi , paytaxt Manamada ölkənin tanınmış daha 4 şiə ruhanisini həbs etdi. Maide.Az xəbər verir ki, Bəhreyn Merat xəbər saytının məlumatına görə, Ali Xəlifə rejimi məscid İmamı Şeyx İsa Mömin və İslam Alimlər Məclisi üzvlərindən Şeyx Əli Hemli, Seyyid Möhsin Qarifi və Şeyx Fazıl Zakini həbs edib. Qeyd edək ki, Ali Xəlifə rejimin indiyədək bir neçə şiə alimi o cümlədən Şeyx Əbdülhəkim Əl-İradi, Şeyx Həmzə Əl-Deyri, Şeyx Casim Əl-Mətlu, Seyyid Haşim Əl-Bohranini, Şeyx Məhəmməd Cavad Şəhabini, və siyasi fəallar Adil Məzruq və Qomşir Firuzu həbs edib. Bəhreyn rejimi rejim əleyhdarları, xüsusilə şiələrə qarşı repressiv addımlarını günü-gündən çoxaldır. Bəhreyn alimləri Ali Xəlifə rejiminin dini alimlərə qarşı repressiv addımlarını pisləyən bəyanat yayımlayıblar. Bəyanatda alimlərin həbsi və siyasi müxaliflərə qarşı təzyiqlərin davam etdirilməsinin ölkənin sabitliyi və təhlükəsizliyinin təmini üçün təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Məlumatda həmçinin bildirilir ki, Ali-Xəlifə rejimi şeyx Qasimin yaşadığı Diraz rayonunun internetini kəsib. Bəhreyn İnsan Haqları Təşkilatının məlumatına görə, ölkənin iki əsas mobil rabitə operatoru BATELCO və Zain şirkətlərinə bölgədəki mobil interneti tamamilə kəsmək tapşırılıb. Hazırda Ayətullah İsa Qasimin evi önündə etiraz aksiyaları davam etməkdədir. Bəhreyn rejimi onun vətəndaşlıqdan çıxarılmasına dair çıxardığı qərar vətəndaşlar tərəfindən sərt etirazlarla qarşılanıb. Teqlər : #Bəhreyndə daha 4 şiə ruhani həbs olundu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rumıniyada futbolçuları daşıyan mikroavtobus qəzaya düşüb, 16 nəfər xəsarət alıb Meksikada təxminən 40 nəfər torpaq sürüşməsinin qurbanı olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO