Bəhreynin tanınmış ilahiyyatçısı aclıq elan edib 07 Noyabr 2016 02:00 Dünya Bəhreynin həbsdə olan tanınmış ilahiyyatçısı Şeyx Mirzə Maxrus Ali Xəlifə rejimi tərəfindən insan haqlarının pozulmasına etiraz olaraq aclıq elan edib. FaktXəbər-in verdiyi məlumata görə, Mar At əl-Bəhreyn informasiya agentliyi bildirib ki, həbsdə olan Bəhreyn Milli İslami Birlik Cəmiyyətinin Baş Katibi, Bəhreyn İnqilabının Lideri Şeyx Əli Salmanın xanımı bəyan edib ki, Şeyx Marxus bütün hüquqları bərpa olunana qədər aksiyanı davam etdirəcək. Qeyd edək ki, Şeyx Maxrus Şeyx Əli Salmanla birlikdə Cav həbsxanasındadır. Xatırladaq ki, Bəhreydə həbsdə olan tanınmış ilahiyyatçılar - Şeyx Əbd əl-Cəlil əl-Miqdad, Şeyx Əli Salman, Şeyx Mühəmməd Həbib əl-Miqdad, Şeyx Mirxə Maxrus və Şeyx Səid əl-Nuri cümə günü xalqın dinc hərəkatı və ölkənin ali ruhaniyyətinə dəstək və həmrəyliyini bəyan etmişdilər. 2011-ci ildən bəri Bəhreyndə xalq ölkə rejiminə qarşı dinc etiraz aksiyası keçirir. Xalq siyasi islahatlar, azadlıq, ədalətin bərqərar olması, ayrı-seçkiyini aradan götürülməsi və hakimiyyətin seçkilərlə olmasını tələb edir. Lakin Ali Xəlifə ailəsi rejimi bu tələblərə təzyiq və həbslərlə qarşılıq verir. / Teqlər : #Bəhreynin tanınmış ilahiyyatçısı aclıq elan edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mosul əməliyyatlarında indiyədək 2000-dən çox İŞİD terrorçusu öldürülüb Qazaxıstanda biznes mərkəzindəki yanğında ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO