Bəhreyndə 6 uşaq həbs olunub

Bəhreyndə 6 uşaq həbs olunub

Bəhreyn İnsan Hüquqları Mərkəzi Ali Xəlifə rejimi tərəfindən 17 nəfərin saxlanıldığını bildirib. 
 
Maide.Az "Al-Alam"-ə istinadən xəbər verir ki, saxlanılanlardan 6-sının uşaq olduğu bildirilir. 
 
Məlumatda bildirilir ki, fevral ayının 20-dən 26-dək olan müddətdə 17 bəhreynli saxlanılıb. “19 nəfər siyasi məsələlərə görə mühakimə olunub. Həbsdə olan 8 bəhreynlinin vətəndaşlığı ləğv olunub və iki nəfər haqqında ömürlük azadlıqdan məhrumetmə cəzası verilib”. 
 
Həmçinin məlumatda bildirilir  ki, Bəhreynin 40 bölgəsində 129 etiraz aksiyası keçirilib ki, onlardan 26-na qarşı  Ali Xəlifə rejim qüvvələri hücum edib və etirazçılara qarşı güc tətbiq edib. /
 
بازداشت 6 کودک در بحرین

Google+ WhatsApp ok.ru