Bəhreyndə şəhidlərin simvolik dəfn mərasiminə Ali-Xəlifə qüvvələri hücum edib – FOTO 29 May 2017 01:00 Dünya Ötən gecə Bəhreyn xalqı ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejiminin cinayətlərinə etiraz edib və son hadisələr zamanı şəhid olmuş 5 gəncin simvolik dəfn mərasimini keçirib. Maide.Az xəbər verir ki, simvolik dəfn mərasimində Bəhreyn xalqı əllərində üzərində şəhid olmuş 5 bəhreynli gəncin fotoları yapışdırılmış tabut daşıyıb və Ali-Xəlifə rejiminin bu gəncləri gizli dəfn etməsini pisləyib. Qeyd edək ki, Bəhreyn rejim qüvvələri Diraz bölgəsinə hücum zamanı 5 gənc şəhid olmuş. Rejim şəhidlərin cənazəsini ailələrinə təhvil verməyib və gizli şəkildə dəfn edib. Etirazçılar Bəhreyn rejim əleyhinə şüarlar səsləndirib və gənclərin ölümündə rejim rəsmilərinin məsuliyyət daşıdığını elan edib. Ali-Xəlifə rejim qüvvələri Simvolik dəfn mərasiminə hücum edib və etirazçıları dağıdıb. Teqlər : #Bəhreyndə şəhidlərin simvolik dəfn mərasiminə AliXəlifə qüvvələri hücum edib – FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dəhşətli virusu dünyaya bu ölkələr yayıb Bu gün Putinin Fransaya səfər edəcəyi gözlənilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO