Bəhreyn rejimi ölkədə sonuncu müstəqil qəzeti də bağladı

Bəhreyn rejimi ölkədə sonuncu müstəqil qəzeti də bağladı

Bəhreyndə ölkənin yeganə müstəqil qəzeti olan "Al Vasat", verdiyi xəbərlərində "qardaş ərəb ölkəsinə təhqir etməsi səbəbilə müddətsiz olaraq bağlanılıb.
 
Bəhreynin dövlət xəbər agentliyi BNA-nın bildirdiyinə görə, bu qərar qəzetin il ərzində aldığı ikinci cəza olub. Bəhreynin ən çox şiə xalqı tərəfindən təqib edilən qəzet, keçən ildən etibarən hakimiyyətin hədəfindədir.
 
Bəhreynin informasiya işləri naziri Əli bin Muhamməd Əl-Rumaihi "Al-Vasat" qəzetinin nəşrinin və satışının ikinci bir əmrə qədər qadağan olunduğunu açıqlayıb. Nazir qəzetin bağlanması qərarına əsas kimi, cəmiyyətdə ayrı seçkiliyə yol açan və Bəhreyn rejiminin digər ölkələrə qarşı münasibətlərinə mənfi təsir göstərən yazılarında israr etməsi" göstərilib.
 
Əl-Rumaihi bir ərəb ölkəsinə təhqir edən köşə yazısına görə bu qərarın verildiyini qeyd etsə də, həmin Ərəb ölkəsinin adını və hadisənin təfərrüatlarını açıqlamayıb. (deyerler) /

Google+ WhatsApp ok.ru