Bəhreyn rejimi daha 26 fəalı vətəndaşlıqdan məhrum edib

Bəhreyn rejimi daha 26 fəalı vətəndaşlıqdan məhrum edib

Bəhreyn rejiminin məhkəməsi ötən gün keçirdiyi növbəti məhkəmə iclasında ölkənin 26 vətəndaşının vətəndaşlıqdan məhrum edilməsi haqda hökm verib.
 
26 vətəndaş Ayətullah İsa Qasimin olduğu Dərraz rayonunun sakinləridir.
 
Məhkəmə daha 18 nəfəri ömürlük həbsə, bir neçə nəfəri isə 15 illik azadlıqdan məhrum edib.
 
Xatırladaq ki Bəhreyn rejimi ötən ay Ayətullah İsa Qasimin mənzilinin yerləşdiyi əd-Dərraza basqın etmişdi. Bu basqında minimum 200 nəfər yaralanmış, 7 nəfər şəhid olmuş və 280 nəfər həbs edilmişdi. Bu basqın zamanı Ayətullah İsa Qasimin mənzili muhasirəyə alınmışdı. Ayətullah İsa Qasimin mənzili hələ də muhasirədədir və onun vəziyyəti haqda yeni məlumat yoxdur. (islaminsesi) /

Google+ WhatsApp ok.ru