Bəhreyndə minlərlə insan Ayətullah İsa Qasimə və Myanma müsəlmanlarına dəstək verib

Bəhreyndə minlərlə insan Ayətullah İsa Qasimə və Myanma müsəlmanlarına dəstək verib

Sentyabrın 10-u Bəhreynin bir çox bölgəsində Ayətullah İsa Qasimə və Myanma müsəlmanlarına dəstək vermək üçün minlərlə bəhreynli küçələrə axışıblar.
 
Bəhreyn xalqı ölkənin bir çox bölgəsində mitinqlər keçirərək, Ayətullah İsa Qasimin evinin mühasirə altında saxlanılmasını qınayıb.
 
Bəhreynlilər əllərində Ayətullah İsa Qasimin şəkillərini qaldıraraq, onunla bağlı əhdlərinə sadiq olduqlarını bir daha bəyan edib.
 
Nümayişçilər, həmçinin rohinqyalı müsəlmanlara qarşı zülmün dayandırılmasını tələb edərək, beynəlxalq ictimaiyyətdən Myanma rejiminə təzyiq etmələrini istəyib. (deyerler) /
 

Google+ WhatsApp ok.ru