Bəhreyndə 6 nəfər edama məhkum edilib

Bəhreyndə 6 nəfər edama məhkum edilib

-- Onlar ordu komandirinə qarşı terror etməkdə ittiham olunur

 Bu gün Bəhreyn Hərbi Məhkəməsi ölkə Silahlı Qüvvələrin komandiri Xəlifə bin Əhməd Ali xəlifəyə qarşı terror edilməsi planında əlbir olmaqda ittiham edilən 6 nəfəri edama məhkum edib. 
 
Maide.Az “bahrainmirror.com” saytına istinadən xəbər verir ki, məhkəmə həmçinin 7 nəfərin barəsində 7 il azadlıqdan məhrumetmə və vətəndaşlığın ləğvi ilə bağlı qərar çıxarıb. 
 
Edama məhkum olunan şəxslərdən 1 nəfər sünnü, 5 nəfər isə şiədir. 
 
Qeyd edək ki, Bəhreyndə 2011-ci ildən indiyədək 330 nəfəri qadın və 968 nəfəri uşaq olmaqla 12 min nəfərdən çox insan gülünc bəhanələr ilə günahsız olaraq həbs edilib. Hazırda isə 4000 günahsız insan Bəhreyn rejimi ilə müxalif olduğu üçün həbsdədir ki, onlardan 12 nəfəri qadındır.

 

Google+ WhatsApp ok.ru