Bəhreyn rejim qüvvələri daha bir məscidi dağıtdı

Bəhreyn rejim qüvvələri daha bir məscidi dağıtdı

-- Manamada

Bəhreyn rejim təhlükəsizlik qüvvələri Manamada daha bir məscidi söküb. 
 
Maide.Az “alalam”ə istinadən xəbər verir ki, dağıdılan məscid Manamanın Hamd bölgəsində Əhli-beyt (ə) ardıcıllarına məxsus məscididir.  İmam Həsən Əskərinin (ə) adını daşıyan bu məscid  bundan öncədə Bəhreyn rejim qüvvələri tərəfindən dağıdılsa da xalqın yardımı və dəstəyi ilə yenidən bərpa olunmuşdu. 
 
Məscid bölgə xalqı üçün çox önəm daşıyır və müxtəlif dini ayinlərin keçirilmə mərkəzidir. 
 
Qeyd edək ki, Bəhreyndə  14 fevral 2011-ci il  Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının başlandığı gündən indiyədək rejim tərəfindən 38 məscid dağdılıb. 
 

 

Google+ WhatsApp ok.ru