Bəhreyndə siyasi məhbuslara dəstək aksiyaları keçirilir - VİDEO 28 İyun 2018 01:00 Dünya --- Dustaqlara verilən işkəncələrə etiraz olaraq Ali Xəlifə rejiminin həbsxanalarında saxta ittihamlarla saxlanılan Bəhreynli siyasi məhbuslara dəstək və onlara verilən işkəncələri dayandırmaq tələbi ilə ölkənin müxətlif bölgələrində yenidən aksiyalara start verilib. Maide.Az "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, iyunun 26-da və dünən Musalla, Diya və Məayir şəhərlərində siyasi dustaqlara dəstək məqsədilə "Məhbusların Fəryadı" şüarı ilə aksiyalar keçirilib. Etirazçılar Ali Xəlifə rjeimi əleyhinə şüarlar səsləndirib və siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib. Xatırladaq ki, 2011-ci ilin fevral ayından Bəhreyndə xalq kütləvi dinc aksiyaları başlayıb. Bu müddət ərzində minlərlə anti rejim fəallar müxtəlif bəhanələrlə həbs olunub. Dinc aksiyaları yatırtmaq məqsədilə 14 mart 2011-ci il tarixində Bəhreyn rejiminin istəyi ilə Fars Körfəzi Əməkdaşlıq Şurası və Səudiyyə rejiminin qüvvələri Bəhreynə yeridilib. Bütün bunlara baxmayaraq, Bəhreyn xalqı 8 ilə yaxındır ki, Ali Xəlifə rejiminə qarşı müqavimət göstərməyə davam edir. İndiyədək onlarla insan həyatını itirib, yüzlərlə insan isə yaralanıb və ya Ali Xəlifə rejiminin qondarma ittihamları ilə uzun müddətli həbslərə məruz qalıb. Hazırda Ali Xəlifə rejimi həbsxanalarında yüzlərlə gənc siyasi fəal var. Teqlər : #Bəhreyndə siyasi məhbuslara dəstək aksiyaları keçirilir VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Araz Əzimov: Beynəlxalq Təmas Qrupu Əfqanıstanda münaqişənin həllinə dair əməkdaşlıqda çox maraqlıdır Vyetnamda daşqınlar - 20 ölü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO