Bəhreyn Ali Məhkəməsi Şeyx Əli Salmanın ömürlük həbs cəzasına dair hökmü təsdiq edib 28 Yanvar 2019 13:31 Dünya Bəhreyn Ali Məhkəməsi Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın və bu cəmiyyətin daha iki üzvü Həsən Sultanvə Əli Əl-Əsvəd haqqında çıxarılan ömürlük azadlıqdan məhrumetmə cəzasına dair hökmü təsdiq etdi. Maide.Az xəbər verir ki, Əl-Vifaq Cəmiyyətinin “Twitter” səhifəsində yer alan xəbərdə bildirilir ki, Şeyx Əli Salman onun haqqında çıxarılan ömürlük həbs hökmündən Ali Məhkəmə şikayət vermişdi. Keçirilən məhkəmədə Şeyx Əli Salman özü də iştirak etmişdi. Məhkəmə ömürlük həbs cəzasına dair hökmü təsdiq edib. Bundan başqa Bəhreynin "Əl-Vifaq" Cəmiyyəti bəyanatla çıxış edib. Bəyanatda vurğulanıb ki, Cəmiyyətin sədri Şeyx Əli Salman qeydsiz və şərtsiz olaraq azadlığa buraxılmalıdır. "Bu qanun pozuntusu Bəhreyn dövlətinin beynəlxalq nüfuzuna zərbə vurur", - deyə bəyanatda diqqətə çatdırılıb. Qeyd olunub ki, Şeyx Əli Salman bu günə qədər saxta və sifarişli ittihamlarla həbs olunub. Xatırladaq ki, Şeyx Əli Salman 4 ildir ki, həbsdədir. O, 4 il müddətinə azadlıqdan məhrum edilib. Bəhreyn rejimi ötən ilin noyabrında ona qarşı yeni ittiham irəli sürüb. Ali Xəlifə rejimi Şeyxi Əli Salman haqqında casusluq maddəsi ilə yeni cinayət işi açıb. Bu Bəhreyn, BƏƏ, Misir və Səudiyyə Ərəbistanın Qətər ilə münasibətləri korlandıqdan sonra və əməkdaşlıqdan imtina etməsindən sonra baş verib. Şeyx Əli Salman 2018-ci ilin dekabr ayında 4 il həbs müddətini başa vurduqdan sonra sərbəst buraxılacaqdı. Lakin ötən ilin noyabr ayında Ali Xəlifə Rejinin Apellyasiya məhkəməsi Şeyx Əli Salman və Bəhreyn rejiminə müxalif olan Şeyx Həsən Sultan və Əli Əl-Əsvəd haqqında bəraət hökmunu ləğv edərək, onları “Qətərə casusluq etmək ittihamı” ilə ömürlük azadlıqdan məhrum edib. Teqlər : #Bəhreyn,#Ali,#Məhkəməsi,#Şeyx,#Əli,#Salmanın,#ömürlük,#həbs,#cəzasına,#dair,#hökmü,#təsdiq,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanın Məzari-Şərifdəki konsulluğu bağlandı- SƏBƏB Seyid Həsən Nəsrullah: ‘Belə bir səhv etməyin!’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO