BƏƏ Yəmənin Sokotra adasında işğalçı İsrail rejimi üçün casusluq yuvası qurur

BƏƏ Yəmənin Sokotra adasında işğalçı İsrail rejimi üçün casusluq yuvası qurur

BƏƏ-nin Əl-Hilal firması sionist İsrail rejimi ilə Yəmənin Sokotra adasının mərkəzi olan Hadibu hava limanında işğalçı İsrail rejiminin hava qüvvələri üçün kəşfiyyat mərkəzinin yaradılması haqqında müqavilə imzalayıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, BƏƏ İsrail rejimi ilə münasibətləri adiləşdirməsi haqqında müqavilə imzaladıqdan və bu rejimlə gizli əlaqələrini ictimaiyyətə açıqladıqdan sonra, Yəmənin Sokotra adasının qapılarını sionist rejimin hərbi mövcudluğu üçün açıb.
 
BƏƏ İsrail rejiminə Sokotra adasında hərbi baza, hava limanı və rabitə şəbəkəsi qurma imtiyazı verir və bu təhlükəli addımla bu strateji əhəmiyyətli bölgədəki sionist düşmənə ciddi fürsət yaradır.
 
Mövzu ilə əlaqədar mediada yayımlanan hesabatda, BƏƏ-nin İsrail rejiminin donanmasının mütəxəssislərinin nəzarəti altında hərbi hava limanı qurmaqda məqsədinin, Mokran dənizi və Bab Əl-Məndab boğazı və Afrika buynuzunda gəmilərin hərəkətini müşahidə edəcəyi ilə izah edilib.
 
BƏƏ bu yaxınlarda İsrail rejiminin hərbi texnikasını daşıyan bir neçə gəmini Sokotra limanına yerləşdirmişdi.

Google+ WhatsApp ok.ru