Yəməndə Səudiyyə Ərəbistanına qarşı 'Uşaqların böyük aksiyası' (VİDEO)

Yəməndə Səudiyyə Ərəbistanına qarşı 'Uşaqların böyük aksiyası' (VİDEO)

Yəmənin paytaxtı Səna şəhəri bu gün uşaqların iştirakı ilə izdihamlı etiraz aksiyasının şahidi olub.
 
Maide.az "SalamNews" istinadla xəbər verir ki, bu gün Yəmənin paytaxtı Səudiyyə Ərəbistanına qarşı “Uşaqların böyük aksiyası” adlı etirazların şahidi olub.
 
Bu etiraz aksiyaları, BMT-nin Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndə uşaqlara qarşı zorakı addımlarını pisləməməsindən sonra keçirilib.
 
Qeyd edək ki, BMT 2016-cı ildə Səudiyyə Ərəbistanı və onun rəhbərlik etdiyi hərbi koalisiyanı, müharibə zamanı “uşaqların hüquqlarını pozan” ölkələr siyahısına daxil etmişdi. Daha sonra Səudiyyə Ərəbistanı Yəmənə “yardımla bağlı” dəstəyini kəsəndən sonra BMT bu qərarından daşındı. Cari ayda BMT əksinə Yəmənin Ənsarulla hərəkatını qeyd edilən siyahıya əlavə edib.
 
Xatırladaq ki,  artıq 6 ildir ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin təcavüzü nəticəsində çox sayda mülki həyatını itirib. Lakin onlar barədə dəqiq statistika yoxdur.
 

Google+ WhatsApp ok.ru