Yəməndə hava limanında partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB 30 Dekabr 2020 15:45 Yəmən saat 17:23 Yəmənin Ədən hava limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. APA-nın xəbərinə görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində ən azı 27 nəfər həlak olub. Yaralıların da sayı artıb. *** Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər və xəsarət alanlar var. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, partlayış təcavüzkar Səudiyyə Ərəbistanın dəstəklədiyi hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib. Partlayış nəticəsində 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb. “Sky News”un xəbərinə görə, uçuş zolağında və hava limanının gözləmə zalında partlayış olub. Partlayışlardan sonra ərazidə atəş səslərinin eşidildiyi bildirilib. İlkin məlumata görə, ölən və yaralananlar arasında hökumət rəsmiləri yoxdur. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb. Ölən və yaralananların sayının artacağı ehtimal olunur. Teqlər : #Yəməndə,#hava,#limanında,#partlayış,#nəticəsində,#ölənlərin,#sayı,#27yə,#çatıb,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənli rəsmi Qüds uğrunda müharibədən danışdı Yəmən Baş Naziri: İşğalçı ölkələr vasitəçilərdən istifadə edir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'